Lavrov ABŞ-da Nalbandyanla görüşüb

Görüş zamanı nazirlər Ermənistan və Rusiya prezidentləri arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesini müzakirə edib, iki ölkə arasında müttəfiqlik münasibətlərinə dair bir sıra məsələlərə və BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyinə toxunublar.
Edvard Nalbandyan və Sergey Lavrov gələcəkdə planlaşdırılan yüksək səviyyəli qarşılıqlı səfərlər proqramının artırılmasının vacibliyini vurğulayıblar.
Şahin Qocayev
AzVision.az
Teqlər: Lavrov ABŞ Nalbandyan